Azersun Holding-ə yaxın olan “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinə 7 aydır üzv seçilənlərdən biri vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, Fərid Abdurahmanov “Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb.
Bununla da İdarə Heyəti sədri Orxan Əfəndiyev, sədr müavinləri Afaq Cəbrayılova və Samir Məmmədov, idarə heyətinin üzvü Elçin Əsədzadədən ibarətdir.
Qeyd edək ki, Fərid Abdurahmanov ötən ilin iyun ayında sığorta şirkətinin səhmdarlarının qərarı ilə İdarə Heyətinin üzvü seçilmişdi.