10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyətinin üzvü vəzifəsini tərk edib

İdarə Heyətinin üzvü (İH) “Azərbaycan Sənaye Sığorta” ASC-dən ayrılıb.

Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, “Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyəti (İH) üzvü Elçin Əsədzadə sığorta şirkətindəki vəzifəsini tərk edib.

Hazırda sığorta şirkətinin idarə heyətinin tərkibi İH-nin sədri Orxan Əfəndiyev və sədrin birinci müavini Afaq Cəbrayılovadan ibarətdir.

Qeyd edək ki, 11 milyon manat nizamnamə kapitalına malik olan “Azərbaycan Sənaye Sığorta”nın səhmdarları “Anadolu İnvestment Company” (95%) və “Azərbaycan Sənaye Bankı”dır (5%).

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər