17 C
Baku
Thursday, October 31, 2024

“Azərbaycan Sənaye Sığorta”nın məsul aktuarisi işdən çıxıb

Azərbaycan Sənaye Sığortya” ASC-nin məsul aktuarisi Təranə Musa qızı Musayeva işdən çıxıb. “Report” xəbər verir ki, onun yerinə hələ təyinat olmayıb.

Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta” 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər