“Azersun Holdinq”ə yaxın olan sığorta şirkətinin maliyyəsinə nəzarət edənlərdən biri dəyişib.
Banker.az bu barədə əldə etdiyi məlumata istinad edir.
Məlumata görə, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının üzvi olan Babayev Həsən Namiq oğlu vəzifəsini tərk edib.
Onun yerinə Hümbətov Anar İman oğlu üzv seçilib.
Təftiş – maliyyə nəzarətinin əsas metodu olub müəssisə, idarə və təşkilatların
hesabat dövründəki maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasını əhatə edir