“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyi dəyişdirilir

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə “Azərbaycan Sənaye Sığorta” ASC-nin idarə heyətinin tərkibində dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Yığıncaq 11 may 2022-ci il saat 11.00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122, “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər