9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyinə yeni təyinatlar olub

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinə yeni təyinatlar olub.

Sığorta şirkətindən verilən məlumata görə, Fərid Abdürrəhmanlı şirkətin İH-nin üzvü, Elçin Əsədzadə isə şirkətin maliyyə departamentinin rəhbəri və İH-nin üzvü seçilib.

Bununla bağlı qərar sığorta şirkətinin səhmdarlarının ümumi yığıncağında verilib.

Qeyd edək ki, Fərid Abdürrəhmanlı buna qədər sığorta şirkətinin satış departamentinin rəhbəri, Elçin Əsədzadə isə şirkətin məsul aktuarisi olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər