10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan şərab istehsalını artıracaq

Azərbaycanın iri spirtli içki istehsalçısı olan “Cəlilabad 2” şərab zavodu yeni şərab istehsalı xətti üzərində işləyir.

Bu barədə müəssisədən bildiriblər.

Mənbənin məlumatına görə, söhbət quru və yarımquru şərablardan gedir:

“Əlavə istehsal xətti hesabına şərab məhsulunun istehsalını artırmaq planlaşdırılır. Zavodda sutkada təxminən 18 min şüşə şərab istehsal olunur, yeni xətt işə düşdükdən sonra bu göstəricinin 25 min şüşəyədək çatdırılması planlaşdırılır. Ötən ilin ilk 10 ayı ərzində zavodda 180 min dekalitrdən çox şərab istehsal olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Hazırda müəssisədə konyak spirti də daxil olmaqla 12-dən çox spirtli içki növü istehsal olunur”.

Müəssisədən bildiriblər ki, gələn ildən xaricdən alınan müasir avadanlıqlar hesabına məhsul istehsalının həcminin artırılması planlaşdırılır:

“Biz araq məhsulunun istehsalını artırmağı planlaşdırırıq. Bunun üçün artıq yeni avadanlıq və texniki filtrlər quraşdırılıb”.

©Trend

Son xəbərlər
Digər xəbərlər