Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.
Bu barədəBanker.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.