Bu ilin sentyabr ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 33.95 MB/S sürətlə avqustda olduğu kimi 61-ci pillədə qərarlaşıb.
“Speedtest Global Index”in məlumatında deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 115-ci yerdə qərarlaşıb ki, bu da avqust ayı ilə müqayisədə 7 pillə irəliləmədir. Sentyabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26.35 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 181 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (217.43 MB/S), sonuncu yerdə isə Kuba (1.82 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126.94 MB/S sürətlə birinci, Haiti isə 4.44 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.