Bu ilin oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 142 ölkə arasında 45.70 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan sentyabr ayına nisbətən 1 pillə irəlliyib.
Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (269.41 MB/S), sonuncu yeri isə Kuba (142-ci yer, 3.33 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə oktyabrda dünyada 121-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləmədir.