Bu ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə 143 ölkə arasında 41.77 MB/S sürətlə 56-ci yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan iyun ayına nisbətən 3 pillə irəliləyib.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Əvvəlki ayla müqayisədə 1 pillə geriləyib.