9 C
Baku
Wednesday, April 16, 2025

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə ötən ay geriləyib

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə geriləyərək 73.60 MB/S sürətlə 91-ci yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Suriya tutub.

Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda 3 pillə irəliləyərək 74.11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.

Son xəbərlər
Digər xəbərlər