“Təklif edirik ki, fiziki və hüquqi şəxsin öz müəssisəsinə borc verməsinə, faiz tətbiq olunan əməliyyat kimi baxılmasın. Çünki Vergi Məcəlləsi VÖEN-i olmayan fiziki şəxsin borca pul verməsini qadağan etmir, pulun faizlə verilməsini qadağan edir. Şəxs öz müəssisəsinə borc verdiyi halda vergi buna mexaniki olaraq bazar qiymətinə əsasən faiz hesablayır. Bunun da əsasında da müvafiq vergi hesablanaraq ödəmə tələb olunur”.
Bunu vergilər naziri Mikayıl Cabbarovun sahibkarların görüşündə “Tuna” şirkətinin rəhbəri Rəşid Çulaqov deyib.
Onun fikrincə, müəssisəyə daxili imkanlar hesabına investisiya qoyuluşu vergiyə cəlb edilməməlidir: “Mən hesab edirəm ki, ümumiyyətlə investisiya mənbəyi kimi daxili mənbələr mühüm əhəmiyyət kəsb edir. Onlardan biri də təsisçinin öz qoyuluşudur. Ona görə də cəmiyyətin, sahibkarların faizli kreditlərə yönəldilməsi düzgün olmaz”.