Azərbaycan 2020-ci ilin I rübündə 714 kq həcmində sikkə kəsilməsində istifadə olunmayan qızıl metalı ixrac edib.
Banker.az saytı bildirir ki, buna görə Azərbaycana $36,32 mln. həcmində valyuta daxil olub. Məlumatı DSK yayıb. Bu isə qızılın ölkənin ticarət sıralamasında 6-cı ən böyük ixrac məhsulununun olması anlamına gəlir.
Öncəki illərdə olduğu kimi ölkəmizdən xaricə satılan bu qızılın 100%-i bu ildə İsveçrəyə satılıb.
Cari ilin ilk rübündə satılmış qızılın 1 kq üzrə $50 900 valyuta daxil olub. Öncəki ilin eyni dövrü ərzində isə Azərbaycan İsveçrəyə satdığı bu qızıla görə cəmi $42 976 valyuta daxil olub.
Göründüyü kimi qızılın bahalaşması öncəki illə müqayisədə hər kiloqramı üzrə $8 924 əlavə valyuta daxil olmasına səbəb olub.
Qeyd edək ki, Azərbaycan 2019-cu ilin ilk rübü ərzində 775 kiloqram qızılı, 32,55 mln. manata satmışdı.