2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artması deməkdir. Lakin, cəmi 145.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçib ki, bu da ötən illə müqayisədə cüzi artım olmasıdır.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı yarım illik icmal göstəricilərə istinadən xəbər verir.
Könüllü sığorta bazarı üzrə haqlar 334.5 mln. manat olub ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 50% artması deməkdir. Könüllü sığorta bazarı üzrə dənişlər isə 107.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125.4 mln. manat, ödənişlər isə 38.4 mln. manat olub.
2018-ci ilin yanvar-iyul ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
2018-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında |
|||
(min manatla) | |||
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | “Amrah Sığorta” | 228.4 | 28.8 |
2 | “A-Qroup Sığorta Şirkəti” | 3,616.1 | 4,506.8 |
3 | “AtaSığorta” | 12,593.3 | 4,973.7 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 32,121.0 | 11,244.6 |
5 | “Atəşgah” Sığorta Şirkəti | 23,073.1 | 11,635.0 |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 11,412.9 | 5,571.2 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 36,490.3 | 9,115.6 |
8 | “Azərbaycan Sənaye Sığorta” | 5,007.1 | 1,281.5 |
9 | “AZSIĞORTA” | 10,326.0 | 4,767.9 |
10 | “Bakı Sığorta” | 655.0 | 145.1 |
11 | “Günay Sığorta” | 3,859.6 | 1,892.3 |
12 | “İpək Yolu Sığorta” ASC | 15,417.9 | 920.2 |
13 | “Meqa Sığorta” | 16,303.5 | 1,853.3 |
14 | “Naxçıvansığorta” | 150.0 | 3.3 |
15 | “Paşa Həyat Sığorta” | 167,728.9 | 42,982.9 |
16 | “Paşa Sığorta” | 89,478.1 | 29,759.4 |
17 | “Qala Həyat” Sığorta Şirkəti | 9,096.4 | 10,460.2 |
18 | “Qala Sığorta” | 8,432.6 | 804.1 |
19 | “Rəvan Sığorta” | 870.3 | 175.8 |
20 | “Standard Insurance” | 8,707.4 | 1,944.6 |
21 | “Xalq Sığorta” | 4,283.4 | 1,838.4 |
YEKUN | 459,851.5 | 145,904.7 |