-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-may ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

Cari ilin may ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 57 milyon 340 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (27 milyon 919 min manat).

Üçüncü yerdə 12 milyon 915 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 7 milyon 191 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah” sığorta şirkətidir – 6 milyon 604 min manat.

5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Amrah Sığorta” (325 min manat), “AXA MBASK” (274 min manat), “Rəvan Sığorta” (176 min manat), “Bakı Sığorta” (78 min manat) olub. “Naxçıvansığorta” və “Xalq Həyat” sığorta şirkətləri isə sığorta ödənişlərini həyata keçirməyiblər.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

ss

Son xəbərlər
Digər xəbərlər