Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-iyul ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
Cari ilin iyul ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 117 milyon 74 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (34 milyon 843 min manat).
Üçüncü yerdə 19 milyon 695 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 9 milyon 393 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah” sığorta şirkətidir – 9 milyon 129 min manat.
7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Rəvan Sığorta” (256 min manat), “Bakı Sığorta” (157 min manat) və “Naxçıvansığorta” (8 min manat) olub. “Xalq Həyat” sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.