5 C
Baku
Tuesday, December 23, 2025

Azərbaycan sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-sentyabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

Cari ilin sentyabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 153 milyon 374 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (52 milyon 894 min manat).

Üçüncü yerdə 30 milyon 627 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 12 milyon 448 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah” sığorta şirkətidir – 11 milyon 354 min manat.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Amrah Sığorta” (674 min manat), “AXA MBASK” (612 min manat), “Rəvan Sığorta” (283 min manat), “Bakı Sığorta” (211 min manat) olub. “Naxçıvansığorta” 12 min manat ödəniş edib və “Xalq Həyat” sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.

77

Son xəbərlər
Digər xəbərlər