9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin mart ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2021-ci ilin mart ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 73 milyon 604 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Dövlət Sığorta Kommersiya şirkətidir. (28 milyon 165 min manat).

Üçüncü yerdə 15 milyon 645 min manat olmaqla “PAŞA Sığorta” şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 9 milyon 740 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 4 milyon 794 min manat.

Ötən il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Bakı Sığorta” (113 min manat), “Xalq Həyat Sığorta” (73 min manat), “Naxçıvansığorta”  (61 min manat) olub. Meqa Həyat sığorta şirkəti və “Aqrar Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.

26 1

Son xəbərlər
Digər xəbərlər