Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin may ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
2021-ci ilin may ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 101 milyon 253 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Dövlət Sığorta Kommersiya şirkətidir. (34 milyon 520 min manat).
Üçüncü yerdə 23 milyon 134 min manat olmaqla “PAŞA Sığorta” şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 16 milyon 408 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 8 milyon 522 min manat.
Ötən il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “İpək Yolu Sığorta” (141 min manat), “Naxçıvansığorta” (106 min manat) və “Xalq Həyat Sığorta” (83 min manat), olub. Meqa Həyat sığorta şirkəti və “Aqrar Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.