12 C
Baku
Sunday, May 19, 2024

Azərbaycan sığorta bazarının əsas payçısı səhmdarlarına divident ödəyəcək

30 yanvar 2021-ci il tarixində saat 10:00-da “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Təkrarsığorta şirkətinin İdarə Heyəti bildirib ki, 28 dekabrda buna dair Direktorlar Şurası qərar qəbul edib.

İclasın gündəliyinə 2020-ci ilin ilkin maliyyə hesabatlarının müzakirəsi; keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxil edilib.

“Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər” deyə həmin sənəddə deyilir.

“AzRe Təkrarsığorta” ASC-nin nizamnamə kapitalı 50 mln. manat olmaqla, 6 fiziki şəxsin payı var. Həmçinin Azərbaycanda sığorta bazarının əsas payçısıdır. Şirkət “Qala Sığorta” 100%-lik, “Qala Həyat Sığorta” 91,11%-lik, “Azər-Türk Bank”ın isə 6,55%-lik səhmdarıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər