18 C
Baku
Sunday, September 14, 2025

Azərbaycan sığorta sektorunda yeni prioritetlər müəyyənləşdirilib

Azərbaycan sığorta sektorunda əldə olunan müsbət nəticələrə baxmayaraq, qarşıda hələ də bir sıra mühüm prioritetlər və çağırışlar mövcuddur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas prioritetlərə Solvency II standartlarına uyğun riskəsaslı prudensial tənzimləmənin yekunlaşdırılması, aqrar sığorta sisteminin təkmilləşdirilməsi və sığorta vasitəçiliyi institutunun inkişafı daxildir.

“Bundan əlavə, rəqəmsallaşmanın sürətləndirilməsi, istehlakçı hüquqlarının qorunması və dəyişən tələblərə uyğun könüllü sığorta xidmətlərinin genişləndirilməsi də diqqət mərkəzindədir”, – Ə. Məmmədyarov əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər