15 C
Baku
Saturday, April 27, 2024

“Azərbaycan Sığortaçılar Assosiasiyası” vətəndaşlara xəbərdarlıq edib

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi qarlı-şaxtalı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurum bəyan edib ki, baş verə biləcək xoşagəlməz hadisələr nəticəsində yarana biləcək maddi zərərin ödənilməsi üçün əvvəlcədən sığorta xidmətlərindən istifadə etmək – sığortalanmaq lazımdır.

“ASA olaraq bildirmək istəyirik ki, bu kimi hava şəraitində intensiv qeydə alınan avtonəqliyyat vasitələrinin toqquşması, daşınar və daşınmaz əmlakların üzərinə buz parçası düşməsi, elektrik xətlərinin yüklənməsi ilə əlaqədar qısa qapanmalar hesabına yanğınlar sığorta hadisəsi hesab olunur. Hava temperaturunun ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağını, bu cür havanın yanvarın 12-nə qədər davam edəcəyini nəzərə alaraq vətəndaşları diqqətli olmağa və yuxarıda qeyd etdiyimiz tövsiyələrə əməl etməyə çağırırıq”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 9-dan 12-na qədər avtomobil yollarının (Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı gözlənilir. Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı proqnozlaşdırılır

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər