“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İcimai Birliyində ekspertlər qrupunun yaradılması ilə bağlı sığorta şirkətləri ilə danışıqlara başlanılıb.
Bu barədə ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev məlumat verib.
“Assosiasiyaya üzv şirkətlərdə çalışan sığorta mütəxəsisslərini ekspertlər qrupuna cəlb edəcəyik”, – deyə o, qeyd edib.