Son 7 ayda Azərbaycanda istehsal edilən silah-sursat və digər müdafiə təyinatları məmulatların 45 faizi xarici ölkələrə ixrac edilib.
Bunu müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov deyib.
O bildirib ki, yeni sifarişlər də var. Lakin nazirin müşaviri detalları açıqlamayıb.
Rövşən Əhmədov qeyd edib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən 1000 addan artıq silah-sursat və digər müdafiə təyinatlı məmulatlar istehsal edilir. “ADEX” sərgisində isə 179 adda məhsul nümayiş olunur.