13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan siqaret istehsalını 65% artırıb

Ötən il Azərbaycanda 14 mlrd. 351 mln. ədəd papiros və siqaret istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə papiros və siqaret istehsalınn həcmi 2020-ci illə müqayisədə 65.2% çox olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda tütün məhsulları idxalını yerli istehsalla tamamilə əvəz etməyə imkan verən istehsal müəssisələri mövcuddur. Buna təsir edən başlıca amillərdən biri Sumqayt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” MMC-dir. Belə ki, “Tabaterra” MMC-yə məxsus müəssisələrdə  “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Tobacco” və s. şirkətlərinin tütün markaları istehsal olunur.

Qeyd edək ki, ötən il fermentləşdirilmiş tütün istehsalı isə illik müqayisədə 3.3% azalaraq 4 237.6 ton olub.

Son xəbərlər
Digər xəbərlər