11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycan siqaretin xaricə satışından $4 milyon valyuta qazanıb

Azərbaycan 2023-cü ilin I yarısında siqaret ixracının həcmini 372.5 milyon ədədə qədər artırıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə, ölkəmizə bu ixrac müqabilində $3.99 milyon valyuta daxil olub.

Ötən ilin eyni dövründə siqaretin ixrac həcmi cəmi  107.55 mln. ədəd olmaqla $773.91 mini əhatə edirdi. Beləliklə, cari ildə ixracın miqdarı 3.5 dəfə, dəyəri isə 5.2 dəfə artıb.

Siqaretin min ədədinin ixrac dəyəri 2022-ci ilin ilk 6 ayında  $7.2 olduğu halda, cari ildə bu rəqəm $10.7-dən baha olub.

Azərbaycanda son illərdə siqaret istehsalı sürətlənib və bu daxili tələbi qarşılamaqla bərabər, hazırda xaricə də ixracı mümkündür. Cari ilin ilk 6 ayında ölkənin tütün fabriklərinin istehsal həcmi  7 milyard 91 milyon ədədə yüksəlib. Bu da ölkə tarixinin ən maksimal göstəricisidir3489

 

 

Son xəbərlər
Digər xəbərlər