7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan şirkəti əl arabalarının istehsalına başlayıb

Naxçıvan şəhərində fəaliyyət göstərən “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabalarının istehsalına başlayıb.

Banker.az xəbər verir ki, Naxçıvan şəhərinin Şəhriyar küçəsində yerləşən “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildən metal məhsullarının istehsal sahəsi kimi fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyi tərəfindən yerli istehsalın təşviqi məqsədilə müəssisəyə 56 min 500 manat dövlət dəstəyi göstərilib, həmçinin müəssisə daha uyğun istehsal yeri ilə təmin olunub. Fəaliyyətini daha da genişləndirən müəssisədə bu ilin iyun ayından etibarən inşaat və kənd təsərrüfatı işlərində tələbatı çox olan əl arabalarının istehsalına da başlanılıb. Burada 10 nəfər daimi işlə təmin olunub. Müəssisə gündəlik 40-45 ədəd əl arabası istehsal etmək gücündədir.

“Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi əl arabaları Türkiyənin yüksəkkeyfiyyətli məhsullarından istifadə edilərək yığılır. Müasir avadanlıqların istehsal prosesindən keçən əl arabaları keyfiyyəti ilə seçilir və uzunömürlüdür.

Yaxın zamanda müəssisədə inşaat və kənd təsərrüfatı işlərində istifadə edilən digər alətlərin də istehsalı nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər