9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan şirkəti Asiya İnkişaf Bankından $6 milyonluq kredit cəlb edib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda fəaliyyət göstərən “Avrora” MMC ilə $5.9 milyonluq kredit müqaviləsi bağlayıb.

Banker.az bu barədə ADB-nin press-relizinə istinadla xəbər verir.

Kredit təşkilatının Azərbaycan şirkəti Avrora ilə bu müqavilənin bağlanmasında məqsədi COVID-19 pandemiyasında işçilərin, fermerlərin və pərakəndə satış vasitələrinin təmin edilməsi və təhlükəsiz qida təchizatı zəncirlərinin təşviqinə kömək etməkdir.

Bu kreditin 3 000-ə yaxın işçiyə, 1 500-ə yaxın fermer və ferma işçisinə, o cümlədən 12 000 ailəyə məxsus kənd mağazasına fayda verəcəyi qeyd edilir. Maliyyə həmçinin Avrora-nın əsas istehsal etdiyi məhsullar buğda və süd istehsalı 2 milyondan çox insana faydalı olacaq.

“ADB-nin dəstəyi ərzaq idxalından asılılığı azaltmaqla və yerli fermerləri birbaşa ərzaq təchizatı şəbəkələrinə birləşdirməklə Avrora-nın Azərbaycan iqtisadiyyatına qatqısını artıracaq” – deyə, Avroranın baş direktoru Ceyhun Abbasov deyib.

Son xəbərlər
Digər xəbərlər