İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı İsmayıllı rayonunda fəaliyyət göstərən şərab istehsalçısına Sərbəst Satış Sertifikatları təqdim edib.
Banker.az Mərkəzə istinadən xəbər verir ki, sertifikatlar Rusiyaya ixrac üçün nəzərdə tutulub.
Sənədlər ixrac olunan malın ölkədə sərbəst dövriyyədə olduğunu, sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
2018-ci ilin aprelindən bu ilin noyabrna qədər 633 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.