12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan şirkəti BƏƏ və Rusiyaya zeytun yağı ixracına başlayır

Bu ilin iyul ayında Azərbaycanın zeytun yağı istehsalçısı “Grand Agro” MMC ilə Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri distribütor şirkətləri arasında ixraca dair müqavilələr imzalanıb. Bu müqavilələrə əsasən, yaxın günlərdə “Grand Agro” MMC tərəfindən “Extra Virgin” zeytun yağının “Olivea” brendi ilə qeyd edilən ölkələrə ixrac edilməsi planlaşdırılır.

Banker.az bu barədə Sumqayıt Kimya Sənaye Parkına istinadən xəbər verir.

Qeyd edək ki, “Grand Agro” MMC Azərbaycanda 2 500 hektara qədər ərazisi olan ən böyük zeytun plantasiyalarının sahibidir.

Son xəbərlər
Digər xəbərlər