22 C
Baku
Wednesday, October 8, 2025

Azərbaycan şirkəti Gürcüstanın ən böyük stadionunun inşası üzrə tenderə qoşulub

Tbilisidə futbol və reqbi matçlarının keçirilməsi üçün nəzərdə tutulan UEFA-nın IV kateqoriyasının tələblərinə uyğun stadionun inşası ilə bağlı tenderə üç şirkət təkliflə müraciət edib.

Bu barədə Gürcüstanın “Business Media” nəşri yazıb.

Bələdiyyə İnkişafı Fonduna daxil olan təkliflər Gürcüstan, Türkiyə və Azərbaycan şirkətlərinə aiddir. Azərbaycan investisiyalı “İnşaatçı” MMC 789,4 milyon lari (291,3 mln. ABŞ dolları) dəyərində təklifi Gürcüstanın “Makro Construction” şirkəti ilə birgə təqdim edib.

 

Gürcüstanın ən böyük stadionu Tbilisi beynəlxalq hava limanı yaxınlığındakı 270 min kvadrat metr ərazidə inşa olunacaq. Azarkeş tutumu 70 min nəfər təşkil edəcək. Tenderdə qalib gələcək şirkətə çoxfunksiyalı idman arenasının tikintisi üçün 4 il 3 ay müddət veriləcək. Qalibin bu il elan ediləcəyi halda inşaat işləri 2029-2030-cu illərdə başa çatdırılacaq.

Qeyd edək ki, hazırda Gürcüstanın ən böyük stadionu təxminən 55 min tamaşaçı tutumuna malik Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”dır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər