Biz bu gün çox vacib bir gündə Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” sərgisində “Nobel Energy” şirkətinin gördüyü mühüm işləri təqdim etmək məqsədilə buradayıq. “Nobel Energy” şirkətinin ən özəl və xüsusi tərəfi odur ki, Azərbaycan şirkəti olaraq dünya miqyasında bir sıra mühüm nailiyyətlər əldə edib.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində “Nobel Energy” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Turxan Əhmədov deyib.
O bildirib ki, “Nobel Energy” şirkəti tərəfindən NASA üçün fəzaya göndərilən raketin platforması hazırlanıb ki, bu da Azərbaycan şirkəti olaraq böyük bir nailiyyət və fəxrdir.
“Biz, həmçinin BP və SOCAR kimi strateji nəhəng enerji şirkətlərinin dənizdəki əməliyyatlarına dəstək oluruq. Onu da vurğulamaq istəyirəm ki, biz həm də dövlət səviyyəsində olan COP29 tədbirini böyük qürurla dəstəkləyəcəyik. “Nobel Energy” şirkətinin əsas istiqamətlərindən biri də yaşıl enerji xidmətləri göstərməkdir. Bizim günəş elektrik stansiyalarının tikilməsi, yel dəyirmanları, karbon qazının zərərsizləşdirilməsi və daha bir çox xidmətlərimiz mövcuddur. COP29 kontekstində biz mühüm enerji həllərini təqdim edə bilirik”, – deyə T.Əhmədov qeyd edib.