9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan şirkəti səhmdarlarına – DİVİDEND ÖDƏYƏCƏK

30 iyun 2022-ci il tarixində “Suraxanı Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, toplantı 30 iyun 2022-ci il saat 11.00-da Bakı, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanda baş tutacaq. İclasda ASC-nin 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, illik dividendlərin bölünməsi və digər məsələlər müzakirə edilir.

Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə ) iştirakı vacibdir.

 

 

Son xəbərlər
Digər xəbərlər