Silk Way Holding-in törəməsi “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airline) 2021-ci ildə səhmdarlarına 680.2 mln. manatlıq dividend ödəyib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb, şirkət reqular və çarter reyslərlə hava yükdaşımasını həyata keçirir. Şirkətin nizamnamə kapitalı 172.09 mln. manat səhm kapitalına sahibdir. Aviaşirkət “Silk Way Holding”ə daxildir.
Yükdaşıma şirkəti 2021-ci ildə 920.23 milyon manat xalis mənfəət əldə edib və beləliklə illərin yığılmış 31.58 mln. manatlıq zərəri 175.8 mln. manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.