“Sumqayıt-Sərnişin” ASC bildirir ki, 05.05.2023-cü il tarixdə saat 11:00-da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanında “Sumqayıt-Sərnişin” ASC-nin üzvlərinin növbədənkənar ümumi yığıncağı çağırılır.
Banker.az xəbər verir ki, gündəlikdə olan məsələlər “Sumqayıt-Sərnişin” ASC-nin İdarə Heyətinin üzvlərinin təyin edilməsi və Digər məsələlərdir.
Qeyd edək ki, “Sumqayıt-Sərnişin” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 18 406 manatdır və sədr Niftalıyev Ziyəddin Xanəmir oğludur.