9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı (DTH) tərəfdaşlığı və EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi öz fəaliyyətinə başlayıb.

Yerli şirkətlər üçün nəzərdə tutulan ilk təlim baş tutub. Layihə çərçivəsində keçiriləcək təlimlərə qatılmaq üçün beş yerli şirkət müəyyən olunub. Təlimlərdə avropalı ekspertlər tərəfindən Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com , Zalando, Kaufland, Pigu.It kimi nəhəng e-ticarət platformalarının iş prinsiplərinin real nümunələrlə tədris olunması nəzərdə tutulub.

Qeyd edək ki, layihənin başlıca məqsədi Avropa və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron ticarət sahəsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Təlimlər 2023-cü ilin mart, aprel və may aylarını əhatə edir. Təlimlərin sonunda iştirakçılar beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, loqistika imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi- texniki və digər problemlərə həll yollarına dair bilik və bacarıq əldə edəcəklər

MənbəApa
Son xəbərlər
Digər xəbərlər