Azərbaycandakı şirkətlərin cəmi aktivlərinin həcmi 1 yanvar 2024-cü il tarixinə artaraq 328 milyard 728 milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 16 mlrd. 742 mln. mln. manat və ya 5 faiz artımdır.
Aktivlərin 245 mlrd. 255 mln. manatı uzunmüddətli, 83 mlrd. 473 mln. manatı izə qısamüddətli aktivlər təşkil edib.
Şirkətlərin aktivlərinin ən böyük hissəsi torpaq, tikili və avadanlıqlara düşür. Belə ki, son bir ildə əsas vəsait sayılan bu aktivlərin həcmi 182 mlrd. 933 mln. manatdan 194 mlrd. 887 mln. manata yüksəlib.
Şirkətin xalis aktivləri (cəmi kapitalı) illik müqayisədə 7 faiz arımla 237 mlrd. 780 mln. manat olmaqla bunun 47 mlrd. 853 mln. manatı nizamnamə kapitalı, 15 mlrd. 526 mln. manatı bölüşdürülməmiş mənfəət olub.