13 C
Baku
Friday, April 26, 2024

Azərbaycan şirkətlərinin səhmlərinin dövriyyəsi iki dəfə azalıb

2018-ci ildə Azərbaycan şirkətlərinin səhmlərinin yerləşdirilməsi və alqı-satqısı üzrə əqdlərin sayında 30% artım olub. Lakin səhmlərin dövriyyəsi qiymət ifadəsində iki dəfədən çox azalıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verir.

İl ərzində müqavilə məbləği 925,1 milyon manat (544 milyon ABŞ dolları) olan 2 624 əqd bağlanılıb. 2017-ci ildə bu qiymətli kağızlar üzrə əqdlərin həcmi 2 mlrd manatdan (1 mlrd. $ 195 mln) çox olub. Bu il dövriyyənin 70%-i ilkin bazarın payına düşüb. Bununla yanaşı, 475,9 milyon manat məbləğində əməliyyatların əsas hissəsi birjadankənar platformada həyata keçirilən 20 əqd üzrə olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər