Azərbaycanda yerli şirkətlər üçün xaricdən idxal edilən xam bitki yağlarının ekstraktları ucuzlaşıb.
Banker.az xəbər verir ki, 2023-cü ilin ilk üç rübündə Azərbaycanda şirkətlər xaricdən ötən il xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.
Eyni eniş xam qarğıdalı yağında da müşahidə edilir. Belə ki, 2023-cü ilin ilk üç rübündə Azərbaycana xaricdən idxal edilən xam qarğıdalı yağının bir tonu 2022-ci ilin eyni müddətində orta hesabla 1 586 dolla/ton idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar/ton təşkil edib. Bu illik müqayisədə 5 faiz ucuzlaşmadır.
Lakin bu yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində bir qədər fərqlidir. Məsələn, 2022-ci ilin sentyabrında 1 litri 5.55 manata satılan günəxaban yağının qiyməti, cari ilin müvafiq dövrünə 4.37 manata qədər 21 faizlik ucuzlaşma yaşayıb.
Qarğıdalı yağının qiyməti isə 11% ucuzlaşıb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6.75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5.99 manat düşüb.
Rusiya və Ukrayna arasındakı müharibə, qida üçün bitkiləri yağları bazarında qiymətlərə olan təsirini artırmışdı. Müharibənin təsiri altında qalan bölgədə yağ sənayesində tədarükün azalması və artan loqistik problemlər qiymətləri kəskin dəyərlə yüksəlmişdi.