2023-cü ilin yanvar ayında Azərbaycandan 678.6 ton həcmində sitrus meyvələri ixrac olunub.
Bu, 2022-ci illin müvafiq dövrü ilə müqayisədə 9.9 dəfə çoxdur.
Qeyd edilir ki, Azərbaycandan 475.5 min ABŞ dolları dəyərində sitrus müyvələri ixrac olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289.5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876.8 milyon ABŞ dolları ixracın, 1 milyard 412.7 milyon ABŞ dolları isə idxalın payına düşüb.