15 C
Baku
Sunday, November 24, 2024

“Azərbaycan Slovakiya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni nəzərdən keçirir”

Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib. Hüquqi baza genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir qeyd edib k, 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb.

“Bu saziş bizim iqtisadi tərəfdaşlığımız üçün möhkəm zəmin yaradıb. Bundan əlavə, 2023-cü ildə biz ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzaladıq və bu sazişin 2025-ci il yanvarın 1-də qüvvəyə minməsi gözlənilir. Bu, ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdırır. Hazırda biz Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni də nəzərdən keçiririk”, – deyə M.Cabbarov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər