11 C
Baku
Monday, November 18, 2024

Azərbaycan son 6 ayda xaricdən 24 tona yaxın qızıl alıb

Azərbaycan 2024-cü ilin sentyabrında daha 3 954 kiloqram həcmində qızıl alıb və son 6 ay ərzində qiymətli metalın idxalını dayanmadan artırıb.

Banker.az xəbər verir ki, buna görə ölkəni 324.63 mln. ABŞ dolları həcmində valyuta tərk edib.

Ölkə cari ildə qızılı bu şəkildə idxal etməyə başlayıb hansı ki, bu, qızılın dünya birjalarındakı bahalaşma rallisindən cəmi bir ay sonradır. Qiymətli metal cari ilin martına qədər unsiya üçün 2000 dollar təşkil etsə də, inkişaf etmiş ölkələrin mərkəzi banklarının son iki ildəki faiz artımını dayandırmaqla, əks həmləyə keçməsindən və qlobal miqyasda geosiyasi risklərin qeyri-müəyyənliyi səbəbindən bahalaşıb və tarixi zirvələr olan 2700 üzərinə qalxıb.

Çünki mərkəzi bankların, əsasən də ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ilin mayında faizləri 50 baza bəndi endirməsi və bunun davam edəcəyi ilə bağlı bazardakı ehtimal qızıla olan marağı artırdı. Bununla belə sarı metalın qiyməti Donald Trampın ikinci dəfə ABŞ-nin prezidenti seçilməsi xəbərindən sonra bir qədər düşüb. Belə ki, Trampın yeni siyasəti və ya “Tramp ticarəti” kimi adlandırılan bu siyasəti ABŞ dollarını cəlbedici edir. Bu səbəbdən də qızıl 2600 dollar/unsiyadan aşağı düşüb.Picture1

Azərbaycanın idxal əməliyyatlarında son bir neçə ildə qızılın bu qədər iri həcmlə alınması hadisəsi baş tutmamışdı və apreldən qızılı almağa başlayıb. Beləliklə son altı ay ərzində 23 858 kq qızıl idxal edilib ki, bunun da ümumi dəyəri 1 mlrd. 833.8 mln. dollar təşkil edir.

Aşağıdakı qrafikdə göründüyü kimi, ən iri qızıl alışı avqustda baş tutub və ümumi həcmi 6 tona yaxın olub.

Sentyabrda qızılın alış qiyməti hər kiloqram üçün 82 099 dollar təşkil edib və avqustdan 6 faiz bahadır.

44343432

Son xəbərlər
Digər xəbərlər