Pandemiya dövründə dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmaşından sonra, Azərbaycan Türkmənistandan idxal edilən nefti mart və aprel aylarında dayandırıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, Türkmənistandan yanvar ayında 295 min barel ($19.94 mln.) xam neft idxal etdiyi halda virusun ölkə sərhədləri yaxınlaşdığı fevralda bu rəqəm 73.67 min barel ($4.87 mln.) həcminə düşüb. Cəm olarq isə 50.29 min ton neft idxal edib.
Lakin, artıq neftin aprel və may fyuçersləri üzrə dəyərinin psixoloji hədd olan 30 $/bbl. səviyyəsinə düşdüyü bir zamanda Azərbaycan Xəzərin o biri tayından mart və aprel aylarında bir barel belə neft idxal etməyib.
Ümumən, özü xaricə neft satan Azərbaycan yalnız bu ölkədən nefti idxal edir.
Yanvar-fevral ayları üzrə Azərbaycanın bu ölkədən idxal etdiyi neftin ortalama qiyməti 67 $/bbl. təşkil edib.