Bolqarıstan son iki ildə ilk dəfə Azərbaycandan xam neft alışına başlayıb.
Banker.az verir ki, Balkan ölkəsi oktyabrda 80.85 min ton xam neft alıb.
Xam neftin dəyəri $45.99 mln. dollar təşkil edib.
Sonuncu dəfə 2022-ci ilin oktyabrında xam neft alınmışdı, həmin dövrdən bu tərəfə, demək olar ki, xam neft alışı dayanmışdı.
Qeyd edək ki, Bolqarıstan keçən il ərzində 6.247 mln. ton xam neft idxal edib və bunun 5.54 mln. tonu Rusiya Federasiyasının payına düşüb.