15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan startapı Iomete YCombinator-a qəbul olub

Iomete Y Combinator akseleratoruna qəbul edilən ilk Azərbaycan startapıdır.
Amsterdam mərkəzli startap çətin və bahalı data infrastrukturuna alternativ təqdim edir. Platforma Google, Uber, Amazon kimi dataya əsaslanan şirkətlər üçün müasir məlumat infrastrukturunu qurur. Hal-hazırda startapın müştəriləri arasında fintech startapları, böyük neft şirkətləri də var.
Silikon Vadisində yerləşən Y Combinator dünyanın ən prestijli startap akseleratorlarından biridir. 2005-ci ildən Y Combinator Airbnb, Stripe, Reddit, DoorDash, Instacart, Dropbox və Coinbase daxil olmaqla, 3000-ə yaxın şirkətə investisiya yatırıb.
Mənbətech.az
Son xəbərlər
Digər xəbərlər