8 C
Baku
Monday, November 18, 2024

Azərbaycan startapı xarici şirkət tərəfindən satın alınıb

Azərbaycanın “Nextsale” startapı xarici şirkət tərəfindən satın alınıb.

Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov startaplara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Qeyd olunub ki, “Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq.

O bildirib ki, rəqəmsal iqtisadiyyat və 4-cü Sənaye İnqilabı startaplar üçün də əlverişli imkanlar yaradır: “Yeni texnologiyalar qısa müddət ərzində biznesi genişləndirməyə, yeni bazarlara çıxmağa və dövriyyəni artırmağa imkan verir. Startaplar müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla, yeni bizneslər yaratmaq və inkişaf etdirmək üstünlüklərinə malikdirlər”.

O. Məmmədov qeyd edib ki, KOBİA tərəfindən mikro və kiçik sahibkarlara onları innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, startapların iştirakı ilə sərgilər təşkil olunur: “Startaplar KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim və məsləhət xidmətlərindən, satış imkanlarını genişləndirmək üçün www.kobmarket.az portalından, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantdan istifadə edirlər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər