10 C
Baku
Wednesday, March 12, 2025

Azərbaycan startaplarının cəlb etdiyi investisiyanın həcmi açıqlanıb

Son dövrlərdə Azərbaycan startapları ümumilikdə 1,3 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.

Onun sözlərinə görə, startaplar üçün digər maliyyə əlçatanlığı mexanizmlərinə akselerasiya və inkubasiya proqramları, eləcə də müxtəlif hakatonlar daxildir: “Son dövrlərdə ölkəmizdə keçirilən akselerasiya və inkubasiya proqramları, eləcə də müxtəlif hakatonlar çərçivəsində startaplarımız ümumilikdə 1,3 milyon ABŞ dolları həcmində investisiya cəlb etməyə nail olub. Bu investisiyaların əhəmiyyətli bir hissəsi, təxminən 1 milyon ABŞ dolları, “StartUp Guys Wise” kimi tanınmış beynəlxalq akselerasiya platforması tərəfindən təmin edilib. Belə beynəlxalq investisiyaların cəlb olunması ölkədə startap ekosisteminin qlobal səviyyədə tanınmasına və rəqabət qabiliyyətinin artmasına təkan verir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər