6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan sulfat turşusu ixrac edəcək

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sulfat turşusu zavodu gələn ilin mart ayında istifadəyə veriləcək.

Bunu jurnalistlərə “Azərsulfat” MMC-nin rəhbəri Emil Quliyev bildirib.

Onun sözlərinə görə, zavodun illik istehsal gücü 20 min ton təşkil edəcək.

E. Quliyev onu da əlavə edib ki, zavodda istehsal ediləcək sulfat turşusunun 7-8 min tonu daxili bazara yönəldiləcək, 7,5 min tonu Gürcüstana, qalan hissəsi isə digər ölkələrə ixrac ediləcək.

“Azərsulfat”ın rəhbəri qeyd edib ki, layihənin investisiya dəyəri 10 mln. manat təşkil edir, bu məbləğin 2,9 mln. manatı artıq yatırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər