9 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycan təbii qazı xaricə öncəki ildən 21% daha ucuz satır

Azərbaycandan cari ilin yanvar-may ayları ərzində xaricə ixrac etdiyi qazın həcmi bir qədər də artıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin ilk 5 ayı ərzində 1 milyard 335.75 milyon dollar həcmində qaz satışından ölkəyə valyuta daxil olub.

Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur.

Qeyd edilən müddətdə ölkədən xaricə 9.17 milyard kub metr təbii qaz satılıb. Bu isə illik müqayisədə 68% artım dinamikasıdır.

Miqdar baxımdan kəskin artıma rəğmən dəyər baxımdan az artmasının səbəbi təbii qazın qiymətlərinin 21% ucuzlaşmasına bağlıdır. Məsələn, Azərbaycan 2020-ci ilin ilk 5 ayında ortalama olaraq xaricə hər kubu 19 sent olduğu halda, 2021-ci ildə 15 sent olmuşdur.

wq

Son xəbərlər
Digər xəbərlər